Muəllif:

Ərdoğan: Reyhanlıda terror aktının arxasında Suriya rejimi dayanır

Baş nazir Ərdoğan açıq şəkildə bəyan edib ki, Türkiyədəki terror aktının arxasında Suriya rejimi dayanır. Bu isə artıq o anlama gəlir ki, İranın
dostu və qardaşı olan Əsəd rejiminin sonu qəti olaraq göründü.

Ərdoğanın sözlərinə görə, Suriya müxalifətinin terror aktına heç bir aidiyyəti yoxdur. Baş nazir qeyd edib ki, ABŞ-a səfəri zamanı Reyhanlıdakı terror aktı müzakirə ediləcək və Türkiyənin ABŞ-dan bu məsələ ilə bağlı bəzi tələbləri olacaq.

Reyhanlıda törədilmiş terror aktı nəticəsində 46 nəfər ölüb, 155 nəfər xəsarət alıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 162