Muəllif:

Ərdoğan: Biz AB-nin qərarını tanımırıq

Gəzi parkı bir qrup insanın deyil, bütün millətin parkıdır. CNN Türk telekanalına istinadən, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim partiyanın İstanbul mitinqində çıxışı zamanı deyib: «Biz söyləyəcəyimizi demokratik yollarla söyləyərik».
Baş nazir çıxışında xarici KİV-ləri tənqid edib: «Fəaliyyətini yalan üzərində quran xarici KİV-lər Türkiyə xalqını fərqli göstərməyə çalışır. Bu millət sizin dünyaya təqdim etdiyiniz millət deyil. Türkiyədə nələr olduğunu görmək istəyən bu mitinqə baxsın».
Ərdoğan artıq səbrinin daşdığını deyib: «Mən etirazçıların nümayəndələrinə xəbərdarlıq etdim ki, Gəzi parkını boşaldın. Əks təqdirdə, terror təşkilatlarına rəğmən, qılınc gücünə də olsa bu parkı boşaldacağıq».
O bildirib ki, Avropa Birliyinin Türkiyə ilə bağlı qərar qəbul etmək haqqı yoxdur: «Həddini bil, Avropa Birliyi! Biz AB-nin qərarını tanımırıq».
Baş nazir vurğulayıb ki, Türkiyə sosial şəbəkələr vasitəsilə üzərində əməliyyatlar aparılacaq ölkə deyil.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 115