Ər-Riyadda keçirilməli olan I Əməkdaşlıq Forumu təxirə salınıb
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi paytaxt ər-Riyadda bu günə planlaşdırılan Ərəb ölkələri, Mərkəzi Asiya və Azərbaycan arasında I Əməkdaşlıq Forumunu təxirə salmaq qərarına gəlir. Səudiyyə Ərəbistanı XİN-in bəyanatında deyilir ki, rəsmi ər-Riyad forumdan ciddi nəticələr və iştirakçı ölkələrin fəal iştirakını gözləyib. Bəyanatda həmçinin ərəb ölkələri ilə Mərkəzi Asiya və Azərbaycan arasında iqtisadi, sosial, mədəni və tarixi əlaqələrin vacibliyi vurğulanır.
Forumun yeni tarixi iştirakçı ölkələr arasında məsləhətləşmələrdən sonra müəyyən olunacaq. Bu gün və sabah keçirilməli olan tədbirdə xarici işlər, maliyyə və iqtisadi inkişaf nazirlərinin, maliyyə institutlarının və ticarət palatalarının nümayəndələrinin iştirakı gözlənilirdi.