Ena Kameliya Discovery Pop Fetsivalında diqqəti çəkib
Bolqarıstanın Varna şəhərində Discovery Pop Festivalı 22-ci dəfə gerçəkləşib və bu festivalda Azərbaycanı 17 yaşlı Ena Kameliya təmsil edib. Eurovision seçim turundan tamaşaçı kütləsinin yadında qalan gənc qız avropalıları öz səsi və gözəlliyi ilə ovsunlayıb. Müsabiqədə sözləri və musiqisi özünə aid olan «Reasen to smile»mahnısını ifa edib xüsusi diplom qazanan Ena Kameliyanın Avropada artıq PR işlərini təşkilatçı qrup aparacaq. Güclü səsi ilə bərabər avropasayagı adı və görünüşü də festival iştirakçılarının diqqətini cəkib.
Bununla bağlı AYNAya açıqlamasında prodüseri Pərviz Məmmədov bunları söyləyib: » Ena əsl azərbaycanlı qızıdır. Onun atası cənub azərbaycanlısı olsa da, Ena Bakıda doğulub və Bakıda orta təhsilini bitirib. Və o bundan sonra da beynəlxalq musiqi layihələrində Azərbaycanı təmsil edəcək».
Xatırladaq ki, Bolqarıstanda gerçəkləşən Discovery Pop Festivalının səhnəsində vaxtılə Filip Kirkorov, İngrid, SunStroke project kimi məhşurlar yarışıb.