Emin Ağalarov Səbinə Babayevə üçün mahnı yazıb
Rusiyada yaşayan azərbaycanlı bəstəkar-müğənni Emin Azərbaycanı Eurovision 2012 yarışmasında təmsil edən Səbinə Babayevə üçün mahnı yazıb. Qeyd edək ki, «Oceans Away» adlanan mahnının təqdimatı bu yaxınlarda olmalıdır. Bildirilir ki, mahnı bu baharın əsl hiti olacaq. S.Babayevanın «19 Group» şirkəti ilə razılaşmasına əsasən, mahnıya klip çəkilişi də gözlənir. Mahnı yazılışında AİD reperi də iştirak edib.
Emin bildirilib ki, mahnısını başqasının ifasında eşitmək onun hər zaman marağında olub: «Mən həmişə bilmək istəyirdim ki, mahnım başqasının ifasında necə səslənəcək? Əminliklə deyə bilərəm ki, Səbinə məni heyrətləndirdi. Onun vokalı güclüdür və sözsüz ki, istedadlıdır. Mahnını Rob Devislə birgə yazmışam. O, Kayli Minoq üçün «Can’t Get You Out of My Head» mahnısını bəstələyib. Robla birgə son iki ildə biz bir neçə mahnı yazdıq, bəzilərini də siz gələcək albomda eşidəcəksiniz».
Səbinə isə Eminə mahnıya görə təşəkkürlərini bildirib: «Bu mahnı sanki mənə yazılıb. Hər kəs bu mahnını birinci dəfədən eşidəndə xoşlamağa başlayır. Emin, mən və Emin Kərimli bu işə öz istedad və emosiyalarımızı qoymuşuq».