Muəllif:

Elxan Məmmədov: Mançester Yunaytedə 10 futbolçu göndərməyə çalıçacağıq

Onlar Mançester Yunaytedə 10 futbolçu göndərməyə çalıçacaqlar. AFFA baş katibi Elxan Məmmədov deyir ki, bu layihənin təqdimatından 1 ay keçsə də, 1 gün kimi çəkdi. Çünki çox həyəcanlı idi. Mançester Yunaytedin yay futbol məktəbinin Bakıda keçirdiyi layihə ilə bağlı danışan baş katib seçimdə qızın olmağının daha sevindirici olduğunu bildirib. Apasport.az saytının məlumatına görə, o deyib:

“Məşqçilərimiz respublikamızda 1000-ə yaxın futbolçuya baxaraq, onlar arasında 32 futbolçu seçdi. Bunlardan 1-ni qız olmağı sevindiricidir. Göründüyü kimi, 17 yaşadək qızlardan ibarət yığmalar arasında dünya çempionatının Bakıda keçirilməyinin böyük rolu oldu”.

Mançester Yunaytedə minnətdarlıq edən Məmmədov İngiltərəyə yollacaqları futbolçulara qayğı göstərməyin vacib olduğunu deyib: “Həmin 32 futbolçudan 5-i seçiləcək. Onlar davamlı Mançester Yunayedə səfər edib, daha uzun müddətli təlim-məşq toplanışında iştirak etməlidir. Mütəxəssis bundan sonra qiymət verib, Akademiyada nə qədər olmağına qərar verəcəklər. İndi danışıqlar gedir ki, 5 yox, 10 azərbaycanlı futbolçu göndərək. Çünki məşqçilərdən yüksək qiymət almışıq, oyun izləmək həmişə yaxşıdır. Ancaq biz onlara futbol oynamağa imkan yaratmalıyıq. Uşaqlar ingilis dilini bilmədiklərindən onlara Mançester Yunaytedin Akademiyasında təhsil almaq çətindir. Ancaq minimum ingilis dilini öyrənmələrinə şərait yaradacağıq”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 172