Muəllif:

Elşad Abdullayevin yayımladığı videolarda adı hallanan şəxs tutulub

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin yayımladığı videolarda adı hallanan şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən yayılan məlumata görə, Binəqədi Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində CM 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Mirsahib Məcidov tutulub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Məcidov fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinə bir nəfəri işə düzəltmək adı ilə pul alıb və həmin şəxsin şikayəti əsasında axtarışa verilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 135