«Elşad Abdullayevin videosu»: Babaşov və Məcidov hərəyə 7 il aldılar
Bakı Ağır Cinayətlər Məhkəməsində ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı videoda görüntüsü olan Natiq Babaşov və işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən Mirsahib Məcidovun cinayət işi üzrə məhkəmə prosesində elan eddilən hökmə əsasən, hər iki şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib.
Elşad Abdullayevin iyul ayında yaydığı videoda Natiq Babaşov özünü prezidentin mühafizə xidmətinin əməkdaşı kimi təqdim edir və Mahir Abdullayevi gətirməyə söz verir. Məcidov isə fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinə bir nəfəri işə düzəltmək adı ilə pul alıb və həmin şəxsin şikayəti əsasında axtarışa verilib.
Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məcidov tutulub.
Hər iki şəxs CM 178-ci (dələduzluq) maddəsinin müxtəlif bəndələrinə əsasən ittiham ediliblər. Lakin hökmdən narazı qalan hər iki təqsirləndirilən şəxs apellyasiya şikayəti veriblər.