Muəllif:

Elşad Abdullayevin videoları yenidən ekspertizadan keçirilir

Sabiq universitet rektoru Elşad Abdullayevin hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə bağlı yaydığı videomateriallarla bağlı təkrar ekspertizanın keçirilməsi barədə qərar qəbul olunub. Hüquq-mühafizə orqanlarından yayılan bilgiyə görə, Elşad Abdullayev Gülər Əhmədova ilə bağlı yaydığı videoların montaj olunmamış formasını istintaq orqanına göndərib. Bundan sonra istintaq orqanı tərəfindən həmin videomateriallarla bağlı təkrar ekspertizanın keçirilməsinə qərar verilib. Deyilir ki, qərar bir müddət əvvəl verilib. Ekspertizanın qərarı yaxın günlərdə elan olunacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 109