Muəllif:

«Elşad Abdullayevin işi»: Arzu Kazımov …3 il aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Kazımov son sözündə özünü təqsirli bilmədiyini, heç bir ittihamın sübuta yetmədiyini qeyd edib: “Mən Elşad Abdullayevin şər-böhtanları əsasında tutulmuşam. İttihamların heç biri sübuta yetirilməyib. Lakin nə cəza versəniz çəkməyə hazıram. İnanıram ki, məhkəmə ədalətli və cəsur qərar verəcək”.

Daha sonra hakimlər müşavirəyə gedib və sonra gəlib hökm elan ediblər. A. Kazımov 3 il müddətinə azadlıqdan məhrum edilib

Bəlli olduğu kimi, A. Kazımov özünü Mənzil-Tikinti Kooperativinin rəhbəri kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirib, Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətə uyğun olmayan yalan vədlər verərək yaxın münasibətlərdə olduğu E. Abdullayevdən ümumilikdə 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir.

İstintaqla Arzu Kazımovun törətdiyi cinayətdə hər hansı digər şəxsin, daxili işlər nazirinin sabiq müavini mərhum Zahid Dünyamalıyevin iştirakı müəyyən edilmədiyindən, işin bu hissəsinin cinayət təqibinə xitam verilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 181