Elşad Abdullayevdən yeni video: «Səftər adlı şəxs»
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada olan Elşad Abdullayev bu gün yeni bir video yayıb və bu dəfə kriminal seriyada «Səftər adlı şəxs» təqdim edilir. Dramatik bir süjetdir.
Bu bir saatlıq video görüntüdə Abdullayev və qardaşı Eldəniz Abdullayevin özünü Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edən Səftər adlı şəxslə danışığı əksini tapıh. Danışıqlar Mahir Abdullayevin tapılaraq, geri qaytarılması ilə bağlı aparılır. Bəlli olur ki, E. Abdullayev bu «Səftər adlı şəxsin» vasitəsilə tanıdığı Sahib və Natiq adlı şəxslərə qardaşı Mahirin qaytarılması üçün ilkin olaraq 20 min dollar vəsait verib.
Abdullayevin dediyinə görə, həmin şəxslər bunun müqabilində Mahiri geri qaytaracaqlarını, vəsaitin qalanını isə bundan sonra alacaqlarını deyiblər. Söhbətdən bəlli olur ki, bu şəxslər Səftər adlı şəxsi əlavə olaraq, 3 min dollar vəsait almaq üçün E. Abdullayevin yanına göndəriblər. Səftər bildirib ki, onlar bu vəsaitlə Sankt-Peterburqa getməli olduqlarını, ordan 3 günə gətirəcəkləri zəmanət məktubu ilə gedib M. Abdullayevi Çeçenistanda saxlayan şəxslərdən alıb gətirəcəklərini bildirirlər. Səftər onu da qeyd edir ki, Şahin adlı şəxsdə Mahirin video görüntüsü olan kaset var.
Elşad isə video görüntüləri gətirməyi və Mahirlə telefonla danışmasına kömək etmələrini tələb edir. Bunu edəcəkləri təqdirdə əlavə 10 min dollar da verəcəyini deyir. Söhbətdə E. Abdullayev əlaqələri, vəzifədə olan qohumları, təltifləri barədə geniş danışır, Səftər adlı şəxsə onun vasitəsilə tanıdığı adamlara “ağıllı və diqqətli olmağı, onunla zarafat etməməyi” tapşırmağı məsləhət görür.
Maraqlıdır ki, DİN və Baş Prokurorluq hələik bundan əvvəlki «Rasim İldırımzadə» videosuna reaksiya verməyərək susur.»Səftər adlı şəxs» seriyasının nə kimi reaksiya doğuracağını görmək maraqlı olardı.