Muəllif: Redaksiya
Elşad Abdullayevdən yeni video: bu da bir üz qarası
Elşad Abdullayev vəd etmiş olduğu yeni bir ifşaedici video yaydı. Bu video da ölkənin güc strukturları üçün üz qarasıdır. Prezidentin — ölkənin birinci şəxsinin mühafizəsinin etibar edildiyi bu əməkdaşların şəxsi keyfiyyətləri bəlli olur…
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, Fransada yaşayan Elşad Abdullayevin Azadlıq TV-yə göndərdiyi videoda sabiq rektorun oğurlandığı iddia olunan qardaşı Mahir Abdullayevlə bağlı söhbət yer alır. Elşad Abdullayevin iş otağında çəkilən bu videoda, sabiq rektor özü, qardaşı Elsəvər Abdullayev, prezidentin mühafizə xidmətinin əməkdaşları olduğu bildirilən Natiq Babaşov və Sahib adlı şəxsin söhbəti əks olunub.
Onlar Mahir Abdullayevin azad edilməsi barədə müzakirə aparırlar…
Bölüm: Siyasət
Oxunma sayı: 119