Muəllif:

Əliyev həmsədr ölkələrə və Ermənistana yenə mesajlar yolladı

Prezident Əliyev Bakıda Novruz bayramı ilə bağlı şənlikdə həmsədr ölkələrə və Ermənistana danıçıqların dalana dirəndiyi, vasitəçilərin «baş girələdiyi» bir əsnada önəmli mesajlar ünvanlamışdır. Prezident demişdir ki, «ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əfsuslar ki, öz həllini tapmır. Bunun əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir və vasitəçilərin bu məsələyə bir növ biganə münasibətidir. Baxmayaraq ki, kifayət qədər güclü bəyanatlar səslənib”. İlham Əliyev Minsk Qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının status–kvonun qəbuledilməzliyi və dəyişdirilməsi barədə məlum bəyanatını xatırladıb:

“Ancaq əslində heç bir addım atılmır. Ermənistan, əlbəttə, maraqlıdır ki, bu vəziyyəti — nə hərb, nə sülh vəziyyətini nə qədər mümkündür saxlasın. Ancaq bu bizi qane edə bilməz. Azərbaycan bütün imkanlardan istifadə edir və edəcək ki, danışıqlar prosesində tərəqqi, inkişaf olsun və məsələ tezliklə həll edilsin, Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Əlbəttə, məsələnin həlli istiqamətində atılan bütün addımlar beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Bundan kənarda heç bir addım atıla bilməz”.

«Beynəlxalq hüquq normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri diktə edir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməlidir. Biz bütün imkanlardan istifadə edərək ordu quruculuğu prosesində, diplomatik sahədə atılan addımlar, iqtisadi məsələlər və digər regional təşəbbüslər sayəsində mövqeyimizi gücləndiririk”, deyə prezident qeyd edib.

Əliyev şncələr də dəfələrlə ifadə etmiş olduğu fikirlərini bir daha təkrarlamıçdır:

“Azərbaycan ildən-ilə güclənir, Ermənistan isə ildən-ilə zəifləyir. Ermənistandan, onların statistik göstəricilərinə görə ildə ən azı 100 min adam gedir, ölkəni tərk edir. Əlbəttə, əgər biz bu məsələyə tarixi cəhətdən yanaşsaq, heç kimdə şübhə olmaz ki, bu məsələ ədalətli həllini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Çünki inkişaf onu göstərir ki, bu məsələnin başqa həlli ola bilməz. Heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq. Heç vaxt Azərbaycan öz torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Erməni dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıb. İrəvan xanlığı, Zəngəzur, Göyçə — bütün bunlar bizim tarixi torpaqlarımızdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən İrəvanı Ermənistana bağışlamaq da heç kimin yadından çıxmayıb. Yəni, bu tarixi həqiqətdir”.

Prezident üzünü qarşı tərəfə tutaraq deyib edib ki, ikinci dəfə Azərbaycan torpağında qondarma erməni dövləti yaradıla bilməz, bu, heç vaxt olmayacaq:

«Biz çalışırıq və çalışmalıyıq ki, tezliklə məsələni həll edək. Məsələnin bizim xeyrimizə həll edilməsinə mənim heç bir şübhəm yoxdur. Sadəcə olaraq, nə vaxt və hansı yollarla?! Hələ ki, biz diplomatik yollara üstünlük veririk. Bununla bərabər, öz gücümüzü artırırıq. Ermənistanı bütün regional proqramlardan kənarda saxlayırıq. Onları bütün layihələrdən təcrid etmişik. Bu siyasət bundan sonra da davam etdiriləcək. Azərbaycanla rəqabət aparmaq üçün onların nə imkanı, nə insan resursları, nə iradəsi, nə də gücü var. Azərbaycan bu gün güclü dövlətdir. Öz gücünü göstərir və göstərəcək”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 115