Muəllif: Redaksiya
“Elit” Ticarət Mərkəzində də yanğın baş verdi
Paytaxtın ticarət mərkəzlərində bir-birinin ardınca baş verən şübhəli yanğınlar seriyası “Elit” Ticarət Mərkəzinə də çatdı. Bu gün burada da yanğın başlayıb. Bu barədə FHN Dövlət Yanğından Mühafizə Xidməti xəbər verir. Bu qorxulu yanğını söndürmək üçün oraya 5 yanğınsöndürən maşın göndərildiyi bildirildi.
APA-nın hadisə yerində olan əməkdaşının az sonra verdiyi məlumata görə, yanğın Ticarət Mərkəzində quraşdırılmış mobil stansiyada qeydə alınıb. Stansiyanın naqillərində meydana gələn yanğın qısa zamanda söndürülüb.
Bölüm: Xəbərlər
Oxunma sayı: 157