Muəllif:

Əlində qumbara çıxıb eyvana…

Hadisə Gəncə şəhəri Dədə Qorqud küçəsi, bina 50, ev 33-də yerləşən yaşayış binasında  qeydə alınıb. Bir kişi evdə qadını girov götürüb. Hələlik şəxsiyyəti dəqiqləşdirilən həmin kişi mənzilin eyvanına çıxaraq əlindəki qumbara ilə girov götürdüyü şəxsi partladacağını iddia edir və bundan vaz keçmək üçün bəzi tələblərinin olduğunu bildirir.

Əlində qumbara olan kişinin həmin evin sahibi olub-olmaması, həmçinin girov götürdüyü şəxslə hansı əlaqəyə malik olması hələlik bəlli deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Binaya sakinlərin girişi qadağan olunub.

Son məlumatlara görə, artıq həmin şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib. Əlindəki qumbara da alınaraq kişi polis idarəsinə aparılıb. Müvafiq strukturlar ərazidə axtarış tədbirləri həyata keçirir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 160