Əli Məsimli: İlin əvvəlindən gözlənilən maaş artımı yaxınlarda mütləq baş verəcək
Sentyabrın ortalarına Prezident seçkilərinin rəsmi təbliğat-təşviqat kampaniyası başlanır. Ona görə də həmin kompaniya başlayana qədər maaş və pensiyalar artmalıdır. İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli bildirib ki, müəllimlər, həkimlər, elm, mədəniyyət, incəsənət və sair sahələrdə çalışanlar və dövlət qulluqçuları, eləcə də pensiyaçıların ilin əvvəlindən gözlədiyi artım yaxın vaxtlarda mütləq baş verəcək. Onun sözlərinə görə, maaş və pensiyaların artırılmasını zəruri və müsbət qiymətləndirməklə yanaşı, 2 vacib məqamı da qeyd etməyi vacib hesab edirik:
«Birincisi maaş və pensiyaların artırılmasının neçə faiz olacağı hamını düşündürür. Rəsmi statistikaya görə, hazırda Azərbaycanda inflyasiya 2 faizdir və maaaşların məqbul səviyyədə artırılması, sistemli anti-inflyasıya tədbirləri ilə tamamlanarsa, ölkədə makroiqtisadi sabitliyə heç bir xələl gəlməz. Əməyin ödənişi xərclərinin UDM-dəki payı məqbul hesab oluna biləcək həddən xeyli aşağı olduğundan,süni qiymət artımının qarşısı alınsa, maaşların artımı ciddi inflyasıya mənbəyi ola bilməz. İkincisi əslində makroiqtisadi sabitliyə və əhalinin aztəminatlı təbəqəsinin güzəranına iqtisadi proseslərin məntiqindən doğan işflyasiya yox, süni qiymət artımı ucbatından yaranan inflyasiya daha çox xələl gətirir. Çünki inflyasıyanın yarısından azı ölkədaxili iqtisadi proseslərin məntiqindən doğan və “xaricdən gətirilən malların üstündə gələn” inflyasiya, yarıdan çoxu isə süni qiymət artımı ucbatından yaranan inflyasiyadır”.
Millət vəkilinin dediyinə görə, neçə illərin acı təcrübəsi göstərir ki, hökumət rəsmilərinin maaşların artacağı barədə məlumat verdiyi günün səhəri, işbazlar qiymətləri süni şəkildə artırmağa başlayırlar. Qiymətlərin süni surətdə artırılmasının hər faizi vətəndaşların ailə büdcəsinə 170 milyon manatdan artıq ziyan vurur. Süni qiymət artımının cəmi 3 faizi isə əhalidən 500 milyon manatdan çox vəsaitin insafsızcasına qoparılması deməkdir. Ona görə də millət vəkili düşünür ki, əgər kimsə kiminsə cibindən 5-10 manat pul oğurlayan zaman, bir necə il həbs cəzası verilirsə, süni qiymət artımı ilə məşğul olub, əhalinin cibindən hər il milyard manatlarla pul çıxaran mütəşəkkil cinayətkarlar da öz cəzasına çatmalıdırlar.
Məsimli artan maaşları süni inflyasiyanın yeminə çevrilməsinin qarşını almaqdan ötrü, hökumətin müvafiq strukturlarını maaşların artırılmasına qədər və maaşlar artandan sonra süni qiymət artımına qarşı təsirli tədbirlər görməyə çağırır:
”Əhalini sünü qiymət artımı vasitəsilə bu cür aldadıb, artan maaşları süni inflyasiyanın “yeminə” çevrirməklə, əllərindən almaq — mənəvi dəyərlərimizə də zidddir. Əhalinin yoxsul təbəqəsi bu cür süni qiymət artımından daha çox əziyyət çəkir. İlin əvəlindən maaşları artımını gözləyənərin haqqının süni qiymət artımı hesabına mənimsəməyə hazırlaşanların nəzərinə bu müqəddəs Ramazan ayında çatdırırıq ki, bu cür qazanc haramdır və ondan xeyir tapmaq olmaz. Bir də ki, sivil ticarətdə baha qiymətə satmaqla yox, ədalətli qiymətə çox mal satmaqla daha çox qazanmaq olur. Bizim dünya malından gözü doymayan, bəzi acgöz işbazlar da bu sadə həqiqətə əməl etsə, həm özləri daha çox qazanar, həm də xalq razı qalar».