Muəllif:

Əli Kərimlinin oğlu seçki plakatlarını cırırmış?

Ötən gün axşam polis AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimlini saxlayıb. Ə.Kərimli Turan-a bildirib ki, oğlu iki dostu ilə birlikdə küçədə prezidentliyə namizədlərin təşviqat plakatlarını cırmaqda ittiham olunur. “O, dostları ilə şəhərdə gəzərkən onu tutublar”, — Ə.Kərimli qeyd edib.
Saxlanılanlar Nəsimi rayon 22-ci polis bölməsinə aparılıblar. Onların məhkəmə qarşısında dayanacağı gözlənilir. “Türkelin plakatları cırması yalandır. Onun saxlanması 22 sentyabr mitinqi ilə əlaqədardır. Hakimiyyət bu yolla məndən və ailə üzvlərimdən qisas almaq istəyir”, — Ə.Kərimli vurğulayıb. DİN mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə şərh verməkdən imtina edərək araşdırmanın aparıldığını bildirib, deyə xəbərdə deyilir.
Ardınca DİN Əli Kərimlinin oğlunun saxlanılmasına aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında bildirib ki, ötən gün axşam saatlarında üç naməlum şəxs paytaxtın Nəsimi rayonu ərazisində prezidentliyə namizədlərin şəkillərini və təşviqat materiallarını cırarkən ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşıb və həmin şəxsləri nizam-intizama dəvət edib: “Lakin yüngül dərəcəli sərxoş vəziyyətdə olan həmin şəxslər polisin qanuni tələbinə məhəl qoymayaraq, müqavimət göstərib, ictimai qaydanı pozan hərəkətlərə yol veriblər. Polis də öz növbəsində həmin şəxslər barəsində tədbir görərək toplanmış materialları baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib”.

O. Mansurzadə qeyd edib ki, saxlanılan şəxslərin kimliyi və onların arasında Əli Kərimlinin oğlunun da olması polisə sonradan məlum olub: “Saxlanılanların şəxsiyyəti sənədləşmə işi aparılarkən müəyyənləşib”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 127