Muəllif:

Əli Həsənovdan vəd: yaxın zamanlarda gənclər ipotekalardan rahat istifadə edə biləcəklər

Əli Həsənov vəd edib ki, yaxın zamanlarda gənclər ipotekalardan rahatlıqla istifadə edərək mənzil şəraitlərini yaxşılaşdıra biləcəklər. Bu, seçkiyə ünvanlanmış jestdir, yoxsa gerçək m- bunu ev arzusunda olan gənclər yaxın zamanlarda gprəcəklər. PA İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Gənc alimlərin Ümumi Yığıncağında xatırladıb ki, hələ bu ilin əvvəlində Nazirlər Kabinetinin genişləndirilmiş iclasında Prezident ipoteka vəsaitlərindən istifadənin yeni konsepsiyasını irəli sürüb:
«Bu konsepsiya odur ki, gənc alimlər, gənc nəsil ipoteka kreditlərindən istifadənin ən asan yolları ilə rastlaşmalıdır. İlkin ödəniş ya aradan qaldırılmalı, ya da o ödənişi dövlət uzunmüddətli kredit şəklində verməlidir. İpoteka alınması üçün prosedur qaydaları sadələşdirilməlidir. Bankların, ipoteka vəsaitlərinin sayı artırılmalıdır. Bu gün təkcə valyuta ehtiyatlarımız 50 milyard dolların üzərindədir. Təkcə onun 5 milyardı yetərlidir ki, Azərbaycanın bütün gənc nəsli ipotekaya cəlb olunaraq özünün mənzil şəraitini yaxşılaşdırsın. Bu siyasət var, artıq mövcuddur».

Həsənov deyib: «Mən sizi əmin edirəm ki, yaxın zamanlarda gənclər o ipotekalardan rahatlıqla istifadə edib öz mənzil şəraitini yaxşılaşdıracaqlar».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 118