Əli Həsənov tranzit narotiklər barədə köhnə tezisi təkrarladı
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov tranzit narotiklər barədə köhnə tezisi təkrarlayıb. Bu tezisbelə ifadə olunur ki, Azərbaycanın böyük çətinliyi tranzit narkotiklərin çoxunun işğal olunmuş ərazilərdən keçməsidir.
Əli Həsənov bildirib ki, Azərbaycan nə qədər sürətlə inkişaf edirsə, təbii ki, yükdaşımaların dövriyyəsi də artır.
«Beynəlxalq layihələr nə qədər çox icra edilirsə, Azərbaycana giriş-çıxış çoxalır. Turistlərin sayı artır. Bunların hamısı dünya narkobiznesi üçün ərazidən tranzit kimi istifadə etməyə şərait yaradır. Lakin biz öz işimizi gücləndirmişik. Bütün dövlət qurumları bu tranzitin qarşısının alınması üçün bu istiqamətdə səfərbər olublar. Lakin bizim böyük çətinliyimiz ondan ibarətdir ki, tranzit narkotiklərin çoxu işqal olunmuş ərazilərdən keçir. Biz də həmin ərazilərə nəzarət edə bilmirik».
Problem ondadır ki, narkotiklərin tranziti barədə daha səhih məlumatlara sahib olan beynəlxalq qurumlar bizim hökumətin bu tezisinə inamsız yanaşırlar. Yaxud hökumətimiz onları inandıra bilmir. Beynəlxalq qurumlar bu fikirdıdirlər ki, tranzit narkotiklər müvafiq qurumların nəzarətində
olan xətlə ölkəyə daxil olur, bir hissəsi ölkədə qalır, qalanı isə
buradan başqa ölkələrə yön alır.