Əli Həsənov: Say 1 milyon deyil, 1 milyon 200 min kimi göstərilməlidir
“Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində dəyən ziyan 300 milyard dollarla ölçülür”. Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Füzuli və Cəbrayıl rayonlarının işğalının 20-ci ildönümü münasibətilə keçirilən mərasimdə çıxışında bildirib.
Komitə sədri deyib ki, işğal zamanı Azərbaycana dəyən ziyanın hesablanması prosesinə bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla yanaşı, Rusiyadan olan hesablama qurumları da cəlb olunub.
Baş nazirin müavini qeyd edib ki, əgər Ermənistan qeyri-konstruktiv mövqeyindən geri çəkilməsə, Azərbaycan bunu təzminat kimi tələb edəcək: “Bu günə qədər qaçqın və məcburi köçkünlərin sayı 1 milyon qeyd olunurdusa, bundan sonra prezidentin düzəlişi ilə bu rəqəm 1 milyon 200 min kimi göstərilməlidir. Bu, Azərbaycanda əhalinin təbii artımınna əsaslanır”.