Muəllif:

Əli Gülalıyevin işi nazirin nəzarətinə keçib

Hüquq müdafiəçisi Oqtay Gülalıyev Bakı şəhər Baş Polis İdarəsində iki saatlıq görüşdən sonra Turan-a bildirib ki, söhbət oğlu Əlinin sentyabrın 23-də naməlum şəxslər tərəfindən döyülməsi və ona sui-qəsdlə bağlı olub. O bildirib ki, görüşdə BŞBPİ rəis müavini Elxan Həsənov, Xətai rayon polis şöbəsinin rəisi Əkbər İsmayılov, BŞBPİ cinayət-axtarış idarəsinin rəisi Araslan Ağayev iştirak ediblər.

“Mənə bildirilib ki, oğlumun işi daxili işlər naziri Ramil Usubovun və nazir müavini Vilayət Eyvazovun şəxsi nəzarətindədir”, deyə Gülalıyev bildirib.

Araşdırmanın Xətai rayon 37-ci polis bölməsindən elə həmin rayonun polis idarəsinə verilməsi haqqında göstəriş verilib.

Ona bildiriblər ki, sentyabrın 26-da Gülalıyevin oğlunu prosessual pozuntularla dindirmiş polis əməkdaşları barəsində inzibati tədbirlər görüləcək.

Gülalıyevə həmçinin ehtimal olunan cinayətkarların fotorobotlarının hazırlandığı bildirilib.

CM-in 221.1.2-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, sentyabrın 24-də 16 yaşlı Əli Gülalıyev dörd naməlum şəxsin hücumuna məruz qalıb, döyülüb və bıçaq xəsarətləri alıb. Dünən Gülalıyevin evinə gələn bir neçə polis yalan ifadə verməyi tələb edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 155