Muəllif:

Əli Əhmədov: prezidentlik müddəti 7 il olmayacaq

Ölkədə oturuşmuş siyasi sistem mövcuddur və biz hesab edirik ki, prezidentə 5 illik səlahiyyət müddəti kifayət qədər optimal variantdır. Dünya praktikasında da məhz belədir. Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov prezidentin səlahiyyətinin 5 ildən 7 ilə qaldırılması ilə bağlı məsələni jurnalistlərə bu şəkildə şərh edib.

Əhmədov sözünə davam edərək bildirib ki, indi söhbət yalnız prezident seçkilərinin keçirilməsindən gedir, müxalifət mətbuatı bu kimi xəbərləri yalnız dezinformasiya məqsədilə yayıb və indiyə qədər onların yazdıqları dezinformasiyalar ictimai rəydə hər hansı bir təlatüm yarada bilmədiyi kimi, bu gün də yaydıqları informasiyalar ictimai rəyi dəyişdirməyəcək.

Əhmədov deyir ki, qarşıdan gələn prezident seçkilərində
YAP-ın namizədi birmənalı olaraq prezident İlham Əliyevdir. O partiyanın bütün təşkilatlarının seçkilərlə bağlı hazırlığa başladığını bildirib və qeyd edib ki, qarşıdan gələn prezident seçkilərində qalib İlham Əliyev olacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 173