Muəllif:

Ələt böyük Bakıdan qopur — ayrıca şəhər olacaq

Bakının Qaradağ rayonunda inzibati vahidi sayılan Ələt qəsəbəsi böyük Bakıdan qopur — ayrıca şəhər olacaq. Ələt paytaxtdan ayrılacaq və ayrıca inzibati vahid kimi formalaşacaq. Hazırda üzərində iş gedən Böyük Bakının Regional İnkişaf Planına əsasən, Ələt qəsəbəsini paytaxtın mərkəzindən onun tərkib hissəsi kimi idarə etmək düzgün deyil.

İndi bu ərazidə yeni beynəlxalq ticarət limanı tikilir. Ələt Azərbaycanın yeni logistik, ticarət və neft-qaz mərkəzi olacaq. Qəsəbənin coğrafi cəhətdən əlverişli mövqedə yerləşməsi ölkənin əsas nəqliyyat xətlərinin buradan keçməsinə imkan verir. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunub, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilib və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınıb.

Qəsəbə 1956-cı ilə qədər Hacıqabul rayonunun inzibati ərazi vahidliyinə daxil olub və həmin il Qaradağ rayonunun tərkibində keçirilib. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat-2 yaşayış məntəqələri daxildir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 246