Muəllif:

Eldar Namazovdan sonra Köçəri Nağıbəyli də «ora» çağırıldı

Eldar Namazovdan sonra El hərəkatının sədr müavini Köçəri Nağıbəyli ifadə vermək üçün Baş Prokurorluğa çağırılıb. Nağıbəyli Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edildiyi barədə özü məlumat verib. Onun sözlərinə görə, idarənin müstəntiqi Orxan Dəmirli onu ifadə vermək üçün bu gün saat 14-00 da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edib.

Hazırda K. Hacıbəyli idarədə ifadə verir. Ötən gün isə El hərəkatının sədri Eldar Namazov Əflan İbrahimovun müraciəti əsasında Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 4 saat ifadə verib.

Əflan İbrahimov kütləvi informasiya vasitələrinə açıqlamasında iddia edib ki, Milli Şuranın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı konkret tapşırıqlar verilib…

Eldar Namazov bu kimi iddiaları qətiyyətlə rədd edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 287