Muəllif:

Elçin Behbudov:Zaqatalada vəhhabilərin sayı getdikcə artır

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçirib və həyəşan təbili çalır. Deyir ki,Zaqatalada vəhhabilərin sayı getdikcə artır, onlar xaricdən maliyyələşir və təhlükəli vəziyyət yarana bilər.

Bu barədə APA-ya məlumat verin E. Behbudov bildirib ki, monitorinq zamanı işgəncə və qeyri-insani rəftarla bağlı şikayət edən olmayıb:

“Lakin Balakən rayonunda bəzi problemlər aşkar olunub. Bununla bağlı mən daxili işlər naziri Ramil Usubova məlumat verəcəyəm. Bundan başqa, Zaqatalada olarkən sadə vətəndaşlar arasında sorğu keçirdik. Məlum oldu ki, Zaqatalada vəhhabilərin sayı getdikcə artır. Onlar hər an təhlükədirlər. Eyni zamanda həmin rayondan 3-4 nəfər Suriyada müxalif qüvvələrin tərkibində vuruşmaq üçün oraya gedib. Araşdırmalar nəticəsində məlum oldu ki, Zaqatalada vəhhabiləri Suriyadan da maliyyələşdirirlər”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 190