Muəllif:

EL Əflan İbrahimovu böhtançılıq ittihamı ilə məhkəməyə verir

El hərəkatı bu qurumun keçmiş üzvü Əflan İbrahimovu məhkəməyə verir. Bu haqda Turan-a Hərəkatın Ali Məclisinin sədri Eldəniz Quliyev bildirib. Hərəkat rəhbərliyi Ə.İbrahimovun ölkə prokurorluğuna əsassız müraciət etməsindən məhkəməyə iddia ərizəsi təqdim etməyi nəzərdə tutur. Hərəkat rəhbərliyi Ə.İbrahimovu EL rəhbərliyindəki şəxslərin adından ölkə prokurorluğuna yalan məlumat verməkdə ittiham edir. Ə.İbrahimovun yalan bəyanatı əsasında hərəkatın sədri Eldar Namazov, müavinləri Köçəri Nağıbəyli, Zəfər Quliyev, Ali Məclisin sədri Eldəniz Quliyevin hüquqları pozulub.
Hərəkat rəhbərliyi Ə.İbrahimovun ölkə prokurorluğuna ünvanlanan müraciətini böhtan sayır və məhkəmədən hüquqlarının bərpa olunmasını tələb etməyi nəzərdə tutur.
Hərəkatın iddia ərizəsi hazırdır, yaxın günlərdə müvafiq məhkəmə instansiyasına təqdim olunması gözlənilir. Ə.İbrahimov 2013-cü ilin martında təsis edilən EL hərəkatının üzvü olub. Bu ilin avqustunda bəyanat yayan bu şəxs hərəkat rəhbərliyini və Milli Şuranı Bakıda seçkiöncəsi təxribat hazırlamaqda ittiham edib. Bununla bağlı hərəkat rəhbərliyində təmsil edilən şəxslər ölkə prokuroluğuna çağırılırlar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 120