Muəllif:

Əhməd Davudoğlu Qarabağ məsələsində «konkret addımlar» gözləyir

Xarici işlər naziri Əhməd Davudoğlu aprelin 7-də İstanbulda ABŞ dövlət katibi Con Kerri ilə görüşündə ikitərəfli münasibətlərlə yanaşı, İsrail-Fələstin münaqişəsi, Suriya, Kipr, Güney Qafqazdakı durum ətrafında müzakirələr aparılıb və Dağlıq Qarabağ probleminə toxunub. Əhməd Davudoğlu deyib:

“Türkiyə-Ermənistan münasibətləri məsələyə kompleks yanaşma tələb edir. Minsk prosesinə təkan, impuls verilməlidir. Azərbaycan ərazisi təcavüzə məruz qalıb, bu məsələnin həllində konkret addımların atılması zəruridir”.

Bu deyilənlərin sətiraltı mənası odur ki, Ankara bu 20 illik danışıqlarda irəliləyiş olmadığını Minsk Qrupunda həmsədr olan ölkənin xarisi siyasət departamentinin yeni başçısına xatırladır və bildirmiş olur ki, əgər Türkiyənin Ermənistanla sərhədlərini açmasını istəyirsinizsə, danıçıqlara impuls verilsin və konkret addımlar atılsın.

Nazir vurğulayıb ki, Türkiyə və ABŞ bu məsələlərə gələcəkdə də toxunmalı və diqqət yetirməlidir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 125