Muəllif:

Egemen Bağış, Zəfər Çağlayan və Müəmmər Gülər iş adamı Rza Zərrabdan külli miqdarda rüşvət alıblar?

Türk mətbuatında daxili işlər naziri Müəmmər Gülər, iqtisadiyyat naziri Zəfər Çağlayan və Avropa Birliyi naziri Egemen Bağışın iş adamı Rza Zərrab (Sərraf) ilə gizli telefon danışıqlarının mətni və cinayət işinin ayrı-ayrı epizodları dərc olunub.  İistintaq materiallarında sübut kimi fotolar və sənədlər də yer alıb.

Egemen Bağışın Rza Zərrabdan 1,5 milyon dollar rüşvət alaraq onun atasına Türkiyədə yaşamaq icazəsi (oturma izni) verilməsinə və İtaliya vizası almasına, 5 yaxın adamına Türkiyə vətəndaşlığı verilməsinə, Rza  Zərrabın otel inşaatı üçün dövlət strukturlarından icazə almasına kömək etdiyi və iş adamı haqda mediada mənfi xəbərlərin getməsini əngəllədiyi iddia olunur. İki şəxs arasında rüşvət əlaqəsi 2013-cü il aprelin 10-da başlayıb, daha sonra avqustun 28-də və oktyabrın 500 min dollarlıq iki partiya halında Egemen Bağışa pul verildiyi bildirilir. Rza  Zərrab və onun adamları Egemen Bağışın ofisinə daxil olarkən və çıxarkən polis onların fotolarını çəkib.

Polisin texniki izləmə nəticəsində əldə etdiyi sənədlərdə iqtisadiyyat naziri Zəfər Çağlayana da rüşvət verildiyi haqda qeydlər var. Qeydlərdə nazirin adı “CAG” deyə yazılıb. İrandan külli miqdarda pulun transferinə icazə verilməsi üçün  Çağlayana transfer edilən miqdarın 0,4-0,5%-i həcmində rüşvət verildiyi bildirilir. Pul İstanbuldan 3 nəfər tərəfindən nəğd şəkildə Ankaraya aparılaraq nazirin oğlu Salih Kaan Çağlayana verilib. 2012-ci il martın 19-da və 2013-cü il aprelin 10-da  Çağlayana ümumilikdə 105 milyon lirə məbləğində rüşvət verildiyi iddia edilir.  

Rza Zarrabın daxili işlər naziri Müəmmər Gülərə isə oğlu Barış Gülər vasitəsilə təxminən 20 milyon lirə rüşvət verdiyi xəbər verilir. 

Qeyd edək ki, cinayət işində Rza Zərrabın adı mütəşəkkil cinayətkar dəstənin lideri kimi keçir.  

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 162