Muəllif:

Egemen Bağış: «İstanbul 2020 Yay Olimpiya Oyunlarının başkəndi seçilməsə, baiskarı…»

Əgər İstanbul 2020 Yay Olimpiya və Paralampiya Oyunlarının başkəndi seçilməsə, bunun təqsiri Qəzi parkında toplaşan etirazçı-təxribatçılarda olacaq. Bu sözləri Avropa Birliyi məsələləri üzrə nazir Egemen Bağış deyib. Nazir xatırladıb ki, o günlər etirazçılar bir neçə dəfə Beynəlxalq Olimpiya Komitəsinı 2020-ci ildə İstanbulda Yay Olimpiya Oyunlarını keçirməkdən imtina etməyə çağırıblar.
E.Bağış deyib ki, İstanbul Olimpiada keçirmək üçün bütün tələblərə cavab verir və bu bütün müsəlman dünyasının uğuru ola bilər. İstanbul 2020 Yay Olimpiya Oyunlarının keçirilməsi üçün öz namizədliyini irtəli sürüb. Türkiyə Olimpiadanın keçirilməsinə qərar veriləcəyi təqdirdə təşkilatçılıq işlərinə 19 milyard dollar xərcləyəcəyinə dair təminat verib. Bu il sentyabrın 7-də BOK-un Buenos-Ayresdəki 125-ci sessiyasında 2020 Olimpiadasının keçiriləcəyi şəhər müəyyənləşəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 148