Muəllif:

Əflan İbrahimovun bəyanatının taleyi hələ də aydın deyil

Əflan İbrahimovun məlum bəyanatının taleyi hələ də aydın deyil. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi El hərəkatının və Milli Şuranın guya prezident seçkiləri ərəfəsində kütləvi iğtişaşlar təşkil etməsi ilə bağlı bu təşkilatın keçmiş üzvü Əflan İbrahimovun bəyanatını hələ də «araşdırır». Bu barədə bu gün baş prokuror Zakir Qaralov jurnalistlərə bildirib. O xəbərdarlıq edib ki, “istənilən qanunazidd hərəkətin qarşısı qanun çərçivəsindfə qətiyyətlə alınacaq”.
Bəllidir ki, El hərəkatı İbrahimovun bəyanatını təkzib edərək onu təxribat kimi dəyərləndirib. Lakin hərəkatın liderləri bir neçə dəfə istintaqa çağırılıblar.

EL hərəkatı Ali Məclisinin sədr müavini Əflan İbrahimovun Milli Şuranın bəzi üzvləri tərəfindən ölkədə ictimai-siyasi sabitliyin pozulması, o cümlədən Bakı şəhərində və respublikanın digər bölgələrində seçki ərəfəsində iğtişaşlar törədilməsi ilə bağlı «konkret tapşırıqlar verildiyini» iddia etmişdi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 132