ƏDV-nin ləğvi təhsil haqlarına təsir etməyəcək
Ödənişli təhsil xidməti göstərən müəssisələr ƏDV-dən azad edilib. Bu, yeni qəbul edilmiş «Azərbaycan Respublikasında Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» qanunda nəzərdə tutulub. Məcəllənin 164-cü maddəsinə edilən dəyişikliyə əsasən, ödənişli təhsil xidmətlərinin göstərilməsi ƏDV tutulmayan xidmətlər siyahısına aid edilib. Qeyd edək ki, indiyədək yalnız ödənişli məktəbəqədər təhsil xidmətləri ƏDV-dən azad edilmişdi. Budəfəki dəyişiklik isə təhsilin hər növünü və pillələrini əhatə edir.
Vergilər nazirinin müşaviri Ələkbər Məmmədovun bildirdiyinə görə, özəl təhsil müəssisələrinin 18 faiz ƏDV-dən azad olunması təhsil müəssisələrinin maddi-texniki bazasının formalaşmasına, təhsil xərclərinin gələcəkdə aşağı düşməsinə təsir göstərəcək.
VN-də hesab edirlər ki, ƏDV-nin götürülməsi təhsil haqlarının azaldılmasına zəmin yaradır. Tutalım, təhsil haqqı 1000 manatdırsa, 18 faiz olaraq hər tələbədən 1360 manat alınırdı ki, 360 manat dövlətə ödənirdi. ƏDV qanunvericiliyə görə, dövriyyəsi 3 ay müddətində 125 min manatdan yuxarı olan müəssisələrə şamil edilir və müəssisənin təqdim etdiyi bütün xidmətlərdən 18 faiz tutulma olur. 125 mindən az olanlar sadələşdirilmiş vergi ödəyiciləridir.
Parlamentin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədovun «Gündəlik Teleqraf»a dediyinə görə, qanundakı dəyişiklik dövlət ali təhsil müəssisələri ilə yanaşı, özəl universitetlərə də aid olacaq:
«Təhsil haqqı üçün ƏDV ödənməsi, əlbəttə, ali təhsil müəssisələri üçün əlavə xərc idi. Bu xərc aradan qaldırılsa, bu, gələcəkdə təhsil haqlarının azaldılmasına da, təhsilin inkişafına da müsbət təsir edər. ƏDV-nin ləğvi ilə bağlı müzakirələrdə iştirak edən universitet rektorları da bildirdilər ki, bu, təhsil haqlarının azaldılmasına kömək edə bilər. 18 faiz az məbləğ deyil, əsas odur ki, dövlət bunu ləğv etdi. Gələcəkdə bunun müəllimlərin əməkhaqqının artırılmasına və ya universitetin maddi-texniki bazasının gücləndirilməsinə yönəldilməsi hər bir universitetin daxili işidir».
Lakin universitetlər ƏDV-dan azad olmaqda çox maraqlıdır, amma bu təqdirdə təhsil haqlarının aşağı düşəcəyini güman etmirlər.
Kooperasiya Universitetinin elmi işlər üzrə prorektoru, həmçinin maliyyə məsələlərinə baxan