Əcnəbi tələbə-respondentlər Fransada təhsil almağa üstünlük verirlər
İkinci ildir ki, Böyük Britaniyanın Quacquarelli Symonds (QS) sorğu agentliyi Parisi “təhsil müəssisələrinin kamilliyi və diplomlarının yüksək keyfiyyəti” meyarı əsasında “dünyada tələbələrin təhsil almaq üçün üz tutduğu ən yaxşı” şəhər adlandırır.
TNS-Sofres Campus France agentliyinin apardığı digər sorğuya görə on tələbədən doqquzu Fransanı məsləhət görür və bu ölkədə aldıqları təhsil dövründən razı qaldıqlarını bildirirlər. http://www.topuniversities.com/city…
Quacquarelli Symonds (QS) sorğu agentliyinə görə Paris “dünyanın ən yaxşı tələbə şəhəridir”.
Bu sahədə Paris –London, Sinqapur, Sidney və Melburndan əvvəl gəlir. Hər il bu reytinq cədvəli əhalisinin sayı 250 mindən çox olan və ən azı iki ali məktəbi olan şəhərlər arasında tərtib edilir. Quacquarelli Symonds (QS) sorğu agentliyinin verdiyi məlumata görə Paris təhsil müəssisələrinin verdikləri diplomlar Fransada və beynəlxalq aləmdə iş tapmaq üçün əla perspektivlər yaradır. Şəhərdə həyat səviyyəsi əladır və təhsil xərcləri münasibdir.
TNS-Sofres sorğusuna görə on tələbədən doqquzu Fransanı məsləhət görür
Sorğuda iştirak edənlərin 77 faizi Fransaya üstünlük verdiklərini bildirib. Təilimin keyfiyyəti (respondentlərin 51 faizi), fransız dilini bilməyin vacibliyi (42 faiz), təhsil müəssisələrinin nüfuzu (37 faiz) tələbələrin seçdikləri əsas meyarlar olub.
Fransada yaşadıqları müddətin sonunda, hazırda Fransada olan və ya təhsillərini bitirmiş tələbələrin 90 faizi razı və ya çox razı qaldıqlarını bildiriblər. Diplomların keyfiyyəti və turist maraqları ən çox səs toplayıb (88 və 90 faiz). Əyləncə və istirahətlər (85 faiz), fransızsayağı həyat tərzi (81 faiz) və tədris metodları (80 faiz) hazırki və keçmiş tələbələrin gözlədiklərinə uyğun olub. Təhsillərini başa vuranların 94 fazi təsdiq edir ki, Fransada olduqları dövr onların şəxsi keyfiyyətlərini artırıb, 86 faizi bildirir ki, bu illər onların universitet təhsilinin mükəmməl olmasına kömək edib. On tələbədən səkkizi etiraf edir ki, təhsil dövrü onların peşəkar fəaliyyətində gərəkli olub.
Fransanın cəlbediciliyi frankofoniyanın genişlənməsinə yardım edir
Qeyri-fransız dilli tələbələrin 68 faizi bizim ölkəmizə gəlməzdən əvvəl fransız dilini öyrənir və əksəriyyəti təhsil aldıqları müddətdən istifadə edərək dillərini təkmilləşdirirlər: onların 91 fazi orta və yaxşı səviyyə əldə etdiklərini bildirir. Sorğuda iştirak edən tələbələrin 70 faizi təhsillərini bitirəndən sonra Fransa ilə əlaqəni saxladıqlarını, 24 faizi bu və ya digər fransız klublarının və keçmiş tələbələr şəbəkəsinin üzvü olduqlarını bildirirlər. Bu nəticələrin qazanılmasında mədəniyyət şöbələri mühüm rol oynayır: tələbələrin 44 faizi xaricdəki Fransa səfirliklərinin rəhbərliyi altında fəaliyyət göstərən, tələbələrə informasiya dəstəyi verən Campus France qurumuna müraciət edirlər.
Son qərarlar əcnəbi tələbələrin qəbuluna öz müsbət təsirini göstərir
Bu yaxınlarda qəbul edilmiş bir sıra qərarlar tələbələrin qəbuluna münbit şərait yaradır: əcnəbi tələbələrin bütün məsələlərinin həlli ilə bağlı universitet şəhərciklərində vahid pəncərə sisteminin yaradılması, prefekturaya edilən müraciətlərin sayının azaldılması üçün çoxillik müvəqqəti yaşayış vəsiqələrinin verilməsinin asanlaşdırılması, iş tapmağa şərait yaratmaq məqsədi ilə səfər müddətinin uzaldılması, beş il ərzində tələbələr üçün əlavə qırx beş min nəfərlik yaşayış yerlərinin tikilməsi və s.
Xarici İşlər və Ali Təhsil Nazirliklərinin müraciəti ilə 2014-cü ildə Fransada təhsil almış tələbələr üçün informasiya portalı işıq üzü görəcək.
Campus France tərəfindən həyata keçirilən bu portal əcnəbi tələbələrə səfirliklər, ali təhsil müəssisələri və digər tərəfdaşlar (şirkətlər, yerli hakimiyyət orqanları, qurumlar) ətrafında əlaqələr yaratmağa imkan verəcək.