Muəllif:

Əbdüləziz bin Osman əl-Tüveycri tələbələrlə görüşüb

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru və İslam Dünyası Universitetləri Federasiyasının prezidenti doktor Əbdüləziz bin Osman əl-Tüveycri Bakı Ali Neft Məktəbinə gələrək ali məktəbin professor-müəllim və tələbə heyəti ilə görüşmüşdür. Doktor Əbdüləziz bin Osman əl-Tüveycrini Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu bildirən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov dünya şöhrətli alimin Azərbaycanın ən gənc ali təhsil müəssisəsinə gəlməsindən kollektivin qürur hissi keçirdiyini vurğulamışdır. E.Qasımov qonağı təqdim edərək onun həyat yolu, elmdə əldə etdiyi nailiyyətlər və layiq görüldüyü yüksək mükafatlar, eyni zamanda Azərbaycana olan isti və dost münasibəti, İSESKO və Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi istiqamətində olan fəaliyyəti haqqında məlumat vermişdir. O vurğulamışdır ki, ən müasir standartlara uyğun tədris prosesinin qurulduğu ali məktəb ilə Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında sıx tərəfdaşlıq münasibətləri qurulmuşdur və bunun nəticəsi olaraq BANM məzunlarına iki diplomun verilməsi nəzərdə tutulub. Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən rektor hazırda yüksək səviyyədə təchiz olunmuş binada fəaliyyət göstərən BANM üçün yaxın gələcəkdə ən müasir tələblərə cavab verən kampusun salınacağını söyləmişdir.
İSESKO- nun baş direktoru və İslam Dünyası Universitetləri Federasiyasının prezidenti Əbdüləziz bin Osman əl-Tüveycri ölkəmizdə olduğundan məmnunluq hissi keçirdiyini qeyd etmiş və dəvət olunduğu üçün Bakı Ali Neft Məktəbinin rektoru cənab E. Qasımova minnətdarlığını bildirmiş, gənc kollektivə uğurlar diləmiş və onun fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirmişdir.
“İslam Dünyası Unversitetləri Federasiya”sı və Bakı Ali Neft Məktəbi arasında birgə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədi ilə “Əməkdaşlıq Protokolu” imzalanmışdır. ”Əməkdaşlıq protokolu”nda İslam Dünyası Unversitetləri Federasiya”-nın dəstəyi ilə Bakı Ali Neft Məktəbi və İDUF-na üzv olan dövlətlərin elm və təhsil müəssisələri arasında əməkdaşlığın qurulması, Bakı Ali Neft Məktəbinin kitabxana fondunun İDUF-na daxil olan ölkələrdə nəşr olunmuş ingilis dilində təbiət və texniki elmləri sahəsinə aid olan ədəbiyyatla zənginləşdirilməsi, Bakı Ali Neft Məktəbinin əməkdaşlarının və tələbələrinin İDUF-na üzv olan dövlətlərdə fəaliyyət göstərən elm və təhsil mərkəzlərinin kitabxana-informasiya resurslarından tədrisdə və elmi fəaliyyətdə istifadə edilməsinə, İDUF-na üzv olan dövlətlərin nüfuzlu nəşrlərində elmi əsərlərinin çap olunmasına, İDUF-na üzv olan dövlətlərdə keçirilən elmi forumlarda iştirakının təmin edilməsinə köməklik göstərilməsi və Bakı Ali Neft Məktəbinin əməkdaşlarının və tələbələrinin İDUF-nın təşkil etdiyi müxtəlif xarakterli tədbirlərdə iştirakının təmin edilməsi öz əksini tapmışdır.
Doktor Əbdüləziz bin Osman əl-Tüveycri Bakı Ali Neft Məktəbinin tələbələrinin çoxsaylı suallarını cavablandırmışdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 186