E.Abdullayev: Ermənilər beynəlxalq ictimaiyyəti açıq-aşkar aldatmağa cəhd göstərirdi
Ermənilər yenə də beynəlxalq ictimaiyyəti açıq-aşkar aldatmağa cəhd göstəririblər. Bu barədə Elman Abdullayev konqresin xarici təxsisatlar alt komitəsinin qərarı ilə bağlı şərhində deyib. Abdullayev qeyd edib ki, “ABŞ Konqresinin xarici təxsisatlar alt komitəsinin qəbul etdiyi qərar erməni mətbuatı tərəfindən düzgün təqdim olunmur. Burada məqsəd dünya birliyini açıq-aşkar aldatmaq cəhdidir”.
XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə açıqlamasında deyib:
“İyulun 24-də ABŞ Konqresinin xarici təxsisatlar üzrə alt komitəsi Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına yardım ayrılması barədə qərar qəbul edib. Dağlıq Qarabağın azərbaycanlı icması da belə qurbanlardandır. Erməni tərəfi faktı elə təqdim etməyə çalışırdı ki, guya bu münaqişənin qurbanları yalnız ermənilərdir. Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkünün olması reallığından yan keçərək beynəlxalq ictimaiyyəti aldatmaq olmaz”.
Elman Abdullayevin sözlərinə görə, alt komitədə ermənipərəst konqresmenlərin bir çox tələbləri, o cümlədən Dağlıq Qarabağdakı separatçı rejimə 5 milyon dollar yardım göstərilməsi barədə tələb yerinə yetirilməyib.