Dünyanın aparıcı peykləri İran telekanallarının yayımını dayandırdı
İranın dünya tərəfindən təcrid olunmasında daha bir və son dərəcə ciddi addım atıldı. Bu gündən başlayaraq Qərb ölkələrinin əksər peyk şirkətləri İran Radio və Televiziya Təşkilatına məxsus kanalların yayımını tamam dayandırdı. Onlar bu addımlarını İrana qarşı tətbiq edilmiş sanksiyalarla əsaslandırırlar.
Hotbird B-13, Eutelsat C-25, Eutelsat B21, Eutelsat 8 Wi, İntelsat 20, Qalaktika 19 və Optus D-2 peykləri İranın ingilis dilində yayımlanan Press TV, Eutelsat 8, Eutalsat 7 və İntelsat 21 isə İranın ispan dilində yayımlanan telekanalının, Eutelsat 8 ərəb dilində yayımlanan “əl-Aləm” kanalının yayımını dayandırıblar.
Bundan əlavə, ərəb və ingilis dillərində filmlər nümayiş etdirən İFİLM və ərəb dilində yayımlanan “əl-Kövsər” telekanalları Horbird B-13, Eutelsat C-25, Eutelsat B-21, Eutelsat 7, İntelsat 20, Optus D-2 peyklərindən çıxarılıb.

