Muəllif: Redaksiya
Dünya çempionatında bizi üç ağır atlet təmsil edəcək
Oktyabrın 16-28-i arasında Polşanın Vrotslav şəhərində ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatı keçiriləcək. Ağır Atletika Federasiyasından bildirilir ki, dünya çempionatında Azərbaycanı ağır atletika üzrə milli yığmanın baş məşqçisi Zlatan Vanevin rəhbərliyi altında iki kişi və bir qadın atletimiz təmsil edəcək.
Kişilərdən Olimpiya mükafatçısı Valentin Xristov 62 kq, Kazan Universiadasının qalibi Firudin Quliyev 69 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.
Qadınlardan isə Kristina İovu 53 kq çəki dərəcəsində yarışa qatılacaq.
Dünya çempionatında Azərbaycanı hakim qismində Vahid Nəzərov təmsil edəcək.
Bölüm: Idman
Oxunma sayı: 158