Dövlət operatorunun şəbəkə infrastrukturu yeni platformaya keçirilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyi (İB) «BakinterNet» dövlət internet-servis-provayderinin şəbəkə infrastrukturunun yenidən qurulmasını başa çatdırıb. Bu barədə bazar ertəsi Trend-ə İB-dən bildiriblər.
Yenidənqurma dövlət provayderinin şəbəkə infrastrukturunu yeni platformaya tam keçirməyə imkan verib. Bunun üstünlüyü isə daha geniş buraxılış qabiliyyəti və operatorun internet şəbəkəsinə daha çox istifadəçini qoşmağı təmin etməyə hazır olmasıdır.
İB-dən deyiblər ki, dövlət operatorunun şəbəkəsi üzrə genişzolaqlı internetin azad portlarının sayı 15 minə çatır və internet şəbəkəsinə yeni istifadəçilərin qoşulması ilə bağlı problem yaranmır.
Hazırda digər internet tədarükçülərinin abonent bazası nəzərə alınmaqla İB-nin telekommunikasiya qovşaqları üzrə internet şəbəkəsinə qoşulmaların ümumi sayı 200 mini ötür, bunlardan «BakinterNet»in payına təqribən 120 min istifadəçi düşür.