Muəllif:

Dövlət Neft Fondunun investisiyaları 34 milyard dolları ötəcək

Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (orta çəkili həcmi) 27 milyard manata bərabər götürülür. Dünən dövlət başçısı 2014-cü ildə ARDNF-nin vəsaitinin 2014-cü ildə istifadəsinin əsas istiqamətlərinə (proqramı) dair fərman imzalayıb. Bu il üçün proqnoz 25,2 milyard manat, 2012-ci il üçün 23 milyard manat, 2011-ci il üçün 19,4 milyard manat səviyyəsində formalaşmışdı.

Sənəddə deyilir: «2014-cü ildə Neft Fondu əsas kapitalın itirilməsi riskinin aşağı olması şərti ilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasətini həyata keçirəcəkdir».

Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin xərc istiqamətləri bunlardır:
— Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi;
— Dövlət büdcəsinə transfert;
— Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi;
— Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi;
— 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi;
— Azərbaycan Respublikasının bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması layihəsinin maliyyələşdirilməsi;
— Neft-Qaz və Neft-kimya Kompleksinin tikintisi layihəsində

Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi;
— Türkiyə Respublikasında «Star» neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi;
— TANAP layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 140