Muəllif:

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər xeyli azaldılacaq

Gələcəkdə AR Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər xeyli azaldılacaq.
Hökumətin dünən Milli Məclisdə təqdim etdiyi ümumi büdcə proqnozlarına əsasən, 2014-cü ildə ARDNF-dən dövlət büdcəsinə transfertlər 9 mlrd. 337 mln. manat (cari kursla 11 mlrd. 925 mln. dollar) təşkil edəcək. Qeyd edək ki, bu il neft gəlirlərinin dövlət büdcəsinə birbaşa transfertlərinin həcmi 11 mlrd. 350 mln. manat (14 mlrd. 495 mln. dollar) səviyyəsində proqnozlaşdırılır.
Beləliklə, gələn il dövlət büdcəsinə transfertlərin 17,7% azaldılması planlaşdırılır.
Turan-da olan məlumata görə, ARDNF-nin investisiya xərcləri də xeyli azaldılacaq: cəmi 1 mlrd. 921 mln. manat (2 mlrd. 453,5 mln. dollar). Bu il bu məqsədlə 6 mlrd. 915 mln. manat (8 mlrd. 831 mln. dollar) ayrılıb. İnvestisiya xərcləri üzrə azaltmalar 72,2% və ya 4 mlrd. 993,9 mln. manat təşkil edəcək.
Bu zaman 2014-cü ildə ARDNF-nin ümumi xərclərinin 11 mlrd. 291 mln. 800 min manat (14 mlrd. 421,2 mln. dollar) olacağı gözlənilir. 2013-cü ilin proqnozları ilə müqayisədə Neft Fondunun xərcləri 2 mlrd. 108 mln. 200 min və ya 15,7% azalacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 178