Muəllif:

Dövlət Neft Fondu qızıl ehtiyatını 30 tona çatdırıb

 Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıl ehtiyatlarını 30 tona çatdırıb. Fonddan «APA-Economics»ə verilən məlumata görə, ARDNF tərəfindən alınmış qızılın miqdarı hazırda ümumilikdə 970 145,5 troya unsiyası və ya 30 174,9 kq olub.

Xatırladaq ki, ARDNF tərəfindən 2012-ci ilin ilk rübündən qızılın alınmasına start verilib və qızılın ölkəyə gətirilməsinə 2013-cü ildən başlanılıb. Bu ilin dekabr ayının sonuna qədər 643 450,640 troya unsiyası və ya 20 013,55 kq qızıl ölkəyə gətirilib.

Qeyd edək ki, ARDNF-in strategiyasına əsasən, investisiya portfelinin 5%-ə qədəri qızılın alınmasına yönəldilə bilər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 100