“Dövlət gəlir gətirən müəssisə deyil, xidmət göstərən strukturdur”
Xarici pasportların verilmə qaydalarına əsasən, pasport 10 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud vətəndaşın və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə bir yaşınadək uşaqlar üçün 10 manat, bir yaşından üç yaşınadək uşaqlar üçün 20 manat, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 30 manat, on səkkiz yaşına çatmış vətəndaşlar üçün 40 manat rüsum tələb olunur
Pasport beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə bir yaşınadək uşaqlar üçün 20 manat, bir yaşından üç yaşınadək uşaqlar üçün 40 manat, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 60 manat, on səkkiz yaşına çatmış vətəndaşlar üçün isə 80 manat rüsum tələb olunur.
Xarici pasportu bir günə almaq istəyənlər isə bir yaşınadək uşaqlar üçün 40 manat, bir yaşından üç yaşınadək uşaqlar üçün 80 manat, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 120 manat, on səkkiz yaşına çatmış vətəndaşlar isə 160 manat pul ödəməlidirlər.
Xatırladaq ki, pasportların verilməsi qaydalarının müzakirəsində 18 yaşınadək insanlara pasportların pulsuz veriləcəyi söylənilirdi. Amma nə baş verdisə, sonda rusumlar müəyyənləşdi. Belə çxır ki, dövlət bəlli qurumlara gəlir qazandırmaqla məşğuldur.
İqtisadçı Nazim Məmmədov sosial şəbəkələrdə ASAN-dakı qiymətlərin yüksəkliyindən gileylənmişdi.
Hüquqşunas Ələsgər Məmmədlinin fikrincə, dövlət qurumu kommersiya məqsədi güdməməlidir. Öz vətəndaşlarından məhsulun və ya göstərdiyi xidmət üçün maya dəyərindən artıq rüsüm almamalıdır:”Axı dövlət qurumu pasportun 10 deyil, 5 günə hazırlanmasına nə qədər çox zaman, elektrik, işçi quvvəsi, digər resurslar sərf edir ki?! Dövlət gəlir gətirən müəssisə deyil, xidmət göstərən strukturdur. Özü də xidməti alternativsiz göstərir. Dövlət restoran deyil ki, ən yaxşı xidmət göstərəni seçəsən. Bir dövlət yaxşı xidmət göstərmirsə, digərini seçəsən. Mənim başqa dövlətdən pasport almaq imkanım yoxdur. Dövlət konstision hüququmu mənə sata bilmzəsən axı. Bəs onun sosial dövlət olmaq funksiyası necə oldu? Fikrimcə, pasport almaq üçün təyin edilən yüksək rüsumlar rüşvət almaq üçün mənbə yaradır. Qısa müddətə göstərilən xidmətlər üçün müəyyən edilən rusumların qiyməti azaldılmalıdır”.