Dövlət Duması miqrasiya siyasətinə dəyişikliyi gözdən keçirir
«Vahid Rusiya» partiyasının deputatları müxtəlif ağır cinayətlərə görə məhkum edilmiş əcnəbilər üçün işləməyə verilən icazənin ləğvini və bu icazənin təkrar verilməsini nəzərdə tutan qanun layihəsini Dövlət Dumasına təqdim ediblər. Deputatlar «Əcnəbi vətəndaşların Rusiya Federasiyasında hüquqi vəziyyəti» haqqında qanuna düzəlişlər etməyi təklif edirlər.
Qanun layihəsinin müəlliflərindən biri olan İqor İqoşin deyib ki, bu təşəbbüs deputatların bu yaxınlarda müzakirə çıxardığı digər qanun layihəsi ilə paralellik təşkil edir: «Həmin qanun layihəsinə əsasən, digər regionlardan gələrək ciddi qanun pozuntuları törədənlər (silah tətbiq etmiklə ağır bədən xəsarətlərinin yetirilməsi kimi) cəzalarını «kiçik vətənlərində» çəkə bilməzlər».
Onun sözlərinə görə, ölkədə aparılan miqrasiya siyasətinin məqsədi Rusiyaya yalnız ölkənin tələb duyduğu, buranın mədəniyyət və ənənələrinə hörmət edən insanları dəvət etməkdir: «Halbuki hazırda Rusiyada iş üçün icazə yalnız ağır və xüsusi ağır cinayətlər törətmiş əcnəbilərə verilir. Bu qayda qanunu pozan digər şəxslərə şamil edilmir».