Dövlət Departamentindən erməniləri məmnun edən açıqlama
Dövlət Departamentindən erməniləri məmnun edən açıqlama səslənmişdir. Deyilib ki, «Dağlıq Qarabağ münaqişəsi dövründə insanların faciəvi ölümü ondan xəbər verir ki, münaqişənin hərbi yolla həlli yolverilməzdir». Bu açıqlamanı Dövlət Departamentinin rəsmi təmsilçisi vəzifəsini icra edən Patrik Ventrel Vaşinqtonda brifinqdə ifadə edib.
«Münaqişənin yalnız uzunmüddətli və sülh yolu ilə həlli regiona sabitlik, çiçəklənmə və sülh gətirə bilər», — Ventrel qeyd edib.
Ventel xatirladıb ki, ABŞ Minsk qrupunun həmsədr ölkəsidir və sülhün əldə edilməsi üçün münaqişənin hər iki tərəfi ilə işləməyə hələ də qətiyyətlə sadiqdir.
Bu açıqlama Nalbandyanın Moskvaya şikayət səfəri ilə eyni vaxtda səslənmişdir. Yerevan Bakının hələ də Qarabağ məsələsində vəziyyətlə barışmadığından və mövqeyini get-gedə sərtləşdirdiyindən nəsə duyuq düşüb və bərk narahatlıq içində olduğu hiss edilir. Nalbandyan Moskvaya Lavrovun yanına da şikayət ovqatı ilə yollanmışdı.
Lavrov «danaşaqlarda irəliləyiş olmasa da», danışıqların dalana dirənmədiyi fikrini də söyləmişdi və bu zmidverici və sakitləşdirici fikir əslində Bakıya ünvanlanmışdı.
Vaşinqtonda və Moskvada nə deyirlər özləri bilərlər, danışıqlar isə 20 ildir davam edir və bəlli olur ki, yarım addım da irəliləyiş yoxdur. Bakı və Azərbaycan milləti daha nağıllara inanmır, status-kvonun dəyişilməsini istəyir. Bizim «strateji
tərəfdaşlarımız», ermənilərin isə az qala aşkar hvaadarlarını narahat edən bizcə Bakının aşıqlamalarında getdikcə sərtləşən tondur