Dövlət Departamenti Türkiyədə ABŞ səfirinə hücumlardan narahatlıq bildirib
Vaşinqton Türkiyədəki ABŞ səfirinə hücumlardan narahatlığını bildirib və Ankaranı bu iddiaları təkzib etməyə çağırıb. ABŞ Dövlət Departamentinin nümayəndəsi Türkiyənin bəzi media orqanlarında ABŞ-ın Ankaradakı səfiri Frenk Rikkardone (Francis Ricciardone) haqqında çıxan xəbər və iddialarla bağlı “Vatan” qəzetinə açıqlamasında adının çəkilməsini istəməyən amerikalı nümayəndə deyib: “Bəzi Türkiyə media orqanlarında Amerika səfiri, digər yüksək səviyyəli ABŞ nümayəndələri, bəzi ABŞ vətəndaşları, beynəlxalq media təmsilçiləri haqqında iftiralar və hücumlar dərin narahatlıq doğurur”.
ABŞ Dövlət Departamentini təmsilçisi Türkiyə hökumətini bu kampaniyaya reaksiya verməyə çağırıb: “Ümid edirik ki, Türkiyə hökuməti bu iddiaları təkzib edəcək, hücumları qınayacaq və həyati önəmə sahib ikitərəfli əlaqələrimizi qoruyacaq”.
Türkiyənin iqtidara yaxın mediası rüşvət və korrupsiya əməliyyatının arxasında ABŞ-ın dayandığını bildirir və səfir F. Rikkardonenin ölkədən qovulmasını tələb edir.