Muəllif:

Dövlət Departamenti MDI məsələsini araşdıracaq

Dövlət Departamenti Milli Demokratiya İnstitutunun Azərbaycan nümayəndəliyinin bu ölkədə keçirilən qeyri-qanuni aksiyaları maliyyələşdirməsi barədə Azərbaycan hökumətinin müraciətini araşdıracaq.
Bu barədə Dövlət Departamentinin rəsmi saytı xəbər berib. Departamentin sözçüsü Viktoria Nuland bu haqda sualı cavablandırarkən deyib ki, son günlər baş verənlər haqqında məlumatı yoxdur:
«Fəqət bəllidir ki, ABŞ-ın maliyyələşdirdiyi bütün demokratiya layihələri son dərəcə sərt qaydalar çərçivəsində fəaliyyət göstərir. Onlar konkret hansısa siyasi partiyanı yaxud ideoloji xətti maliyyələşdirmir, bütün siyasi qüvvələrə qərəzsiz yanaşırlar», — deyə Nuland bildirmişdir.
Xatırladaq ki, bu günlərdə baş prokuror Zakir Qaralov Milli Demokratiya İnstitutu Azərbaycan nümayəndəliyinin qanunsuz aksiyaları maliyyələşdirməsi ilə bağlı səfir Riçard Morninqstara müraciət etmişdi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 130