Muəllif:

Dostcasına və kommersiya münasibətləri əsasında…

Prezident Əliyev nə vaxtdan bəridir tək Azərbaycaanda və Rusiyada deyil, ümumən dünya mediasında bu qədər doğru-yalan «təhlillər» doğurmuş bir məsələyə aydınlıq gətirdi. Söhbət artıq tarixə qovuşmuş olan Qəbələ RLS-in bağlanmasının pərdəarxası gerçək səbəblərindən gedir. Nələr söylənmədi. Məsələ isə son dərəcə sadə imiş — iki tərəfdaş ölkənin kommersiya maraqları öz sözünü deyib və bu söz
qarşı tərəfdə anlayışla qarşılanıb. Qəbələnin gələcəyi turizmə hesablanıb, o cənənt bölgədə RLS-in ıcaib fiquru sadəcə yerində deyildi. Bu səbəbdən hər il xeyli pul itirirdik. Hər şey bu qədər bəsit.

Prezident Əliyev Rusiyanın “Rossiya 24” telekanalına müsahibəsində bu xüsusda deyib:

“Bakıdan sonra ölkənin ikinci turizm mərkəzi hesab olunan, Azərbaycanın ən mənzərəli bölgələrindən birində, 300 hektarlıq ərazidə yerləşən Qəbələ radiolokasiya stansiyasına görə icarə haqqı cəmi 7 milyon dollar idi. Dənizdən uzaqda yaşayanlar istirahət üçün dəniz kənarına getdiyi kimi, Xəzərin sahilində yaşayan bizlər də dincəlmək üçün dağlara üz tuturuq».

Bakının bu RLS-in icarə haqqının artırılması ilə bağlı mövqeyi isə belə olub:

“Birincisi, bu, ötən 10 il üçün hansısa formada kompensasiya rolu oynaya bilərdi. Çünki Azərbaycan ötən 10 il ərzində heç vaxt icarə qiymətlərinə yenidən baxılması məsələsini qaldırmayıb, baxmayaraq ki, hamı, o cümlədən Rusiya da anlayırdı ki, bu rəqəm, yumşaq şəkildə desək, simvolikdir. İcarə haqqının artırılması niyyəti həm də ona əsaslanırdı ki, son 5-6 il ərzində Azərbaycanla Rusiya hərbi-texniki əməkdaşlıqda böyük tərəqqiyə nail olublar, alınan məhsulların dəyəri milyardlarla dollarla ölçülür. Biz Rusiya hərbi texnikasını dünya qiymətlərinə uyğun qiymətə alırıq. Hesab edirik ki, əgər biz hərbi texnikanı dünya qiymətlərinə alırıqsa, bütün ödənişləri dünya qiymətləri ilə ediriksə, onda icarə haqqı da dünya qiymətlərinə uyğun və ya buna yaxın olmalıdır. Qəbələ RLS özlüyündə Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir, bu hərbi obyektdən alınan informasiya bizə zərrə qədər lazım deyil. Çünki bizim sadəcə Qəbələ radiolokasiya stansiyasının əldə etdiyi informasiyadan istifadə etməyə vasitələrimiz yoxdur. Buna görə də məsələ həm dostluq münasibətləri, həm də kommersiya münasibətləri əsasında nizamlanmalıdır. Biz Rusiya tərəfinə əməkdaşlığı yeni qiymətlər əsasında beş və ya on il müddətinə davam etdirməyi təklif etdik, lakin bu təklif qəbul olunmadı. Rusiyada artıq həm fiziki, həm mənəvi baxımdan köhnəlmiş Qəbələ radiolokasiya stansiyasından daha müasir stansiya mövcuddur. Qısası, məsələnin mahiyyəti belədir. Və bu məsələ media tərəfi nəzərə almasaq, ikitərəfli münasibətlərdə heç bir narahatlığa səbəb olmayıb və olmur”.

Prezident İlham Əliyev Azərbaycanı bu addımı atmağa amerikalıların məcbur etdiyi barədə iddianı təkzib edib: “Bu, zərrə qədər belə deyil. Bizi heç kim məcbur edə bilməz. Sizin dediyiniz qüvvələrin regionda həyata keçirmək istədiyi təşəbbüslərin son inkişaf tarixi göstərdi ki, biz heç kimə tabe olmuruq. Xüsusilə bizi strateji müttəfiqimizə qarşı hansısa addım atmağa məcbur etmək ümumiyyətlə mümkün deyil”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 155