Muəllif: İsmayıl Umudlu
Dördüncü uşaqdan sonra məbləği artacaq
Ailələrində dördüncü uşaqdan sonra doğulacaq hər uşağa görə verilən müavinətin məbləği artırılacaq və onlara ərzaq üçün talonlar veriləcək. Bu, yeni hazırlanan “Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında” qanun layihəsində nəzərdə tutulub. Layihəyə görə, eyni zamanda övladlığa götürülən uşaqlar da daxil olmaqla, tərkibində 5 və daha çox 18 yaşına qədər, habelə 3 və daha çox əkiz uşaqları olan ailələrin uşaqlarının məktəbəqədər müəssisələrinin xərci dövlət tərəfindən ödəniləcək.
Bölüm: Xəbərlər
Oxunma sayı: 132