Dolu kəsik tüfənglə avtobusda hara gedirmiş?
Bakıda sərnişin avtobusunda baş verən və ölümlə nəticələnən silahlı insidentin bəzi təfərrüatları məlum olub. Polis müəyyən edə bilib ki, hadisəni törədən Anar Xəlilovun 18 yaşlı var. Hadisə zamanı keçinən şəxsin kimliyi də müəyyənləşib. Onun 38 yaşlı Vəfadar Məmmədov olduğu bildirilir. Ölüm hadisəsi lüləsi kəsilmiş tüfənglə törədilib. Hazırda insidentin baş vermə səbəbləri araşdırılır.
Yayılan xəbərlərə görə, hadisə saat 13.00 radələrində Rusiya səfirliyinin yaxınlığında qeydə alınıb. 6 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusunda baş verən silahlı insident zamanı bir nəfər güllə yarası alıb. Yaralı ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə aparılsa da, onu xilas etmək mümkün olmayıb.
Anlaşılmayan odur ki, Anar dolu və özü kəsik tüfənglə, həm də avtobusda hara gedirmiş və bu tüfəng onda hardanmış, niyə əlində imiş və bu 18 yaşlı gənc nə işin sahibi imiş?