Muəllif: İsmayıl Umudlu
“Doktrina”: Yanvarda 6 hərbçi həyatını itirib
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi 2013-cü ilin yanvarında orduda olan ümumi itkilərlə bağlı hesabatını açıqlayıb. Bildirilir ki, du müddət ərzində təhlükəsizlik və müdafiə sektorunda itkiləri 6 nəfər təşkil edib. Bu müddətdə 3 nəfər yaralanıb. Həyatını itirənlərin hamısı qeyri-döyüş itkiləridir.
İki nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma), 1 nəfər avtoqəzadan, 3 nəfər xəstəlikdən dünyasını dəyişib. Onların 4-ü Müdafiə Nazirliyinin, 1-i Daxili Qoşunların, 1-i Fövqəladə Hallar Nazirliyinin (Naxçıvan FHN), hərbi qulluqçularıdır.
Bölüm: Xəbərlər
Oxunma sayı: 91