Doing-Business – 2014: Kiçik və orta müəssisələr üçün şərait yoxdur
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası “Doing-Business – 2014” reytinqi hazırlayıb. Azərbaycan 70-ci yerdədir. http://russian.doingbusiness.org/data/exploreeconomies/azerbaijan resursu hesab edir ki, ölkədə müəssisələrin qeydiyyatı daha çox yaxşılaşıb (16-cı yerdən 10-cu yerə). Vaxtı keçmiş və uzadılmış kreditlər azalıb. Ötən il ölkə 95-ci yerdə idi, bu il 86-cı yerdədir. Vergi ödənişində 79-dan 77-ci yerə irəliləyiş var. Beynəlxalq ticarətdə 169-dan 168-ci yerə yüksəlmişik. Hesabata əsasən, ötən il hökumət biznesə başlamaq, tikintiyə icazə və sərhəd ticarəti ilə bağlı islahat keçirib. Amma icazə alan zamanı orta və kiçik biznes süründürməçilikə üzləşir. 28 icbari prosedur 9 ay çəkir. Bu sahədə Azərbaycan 180-cidir (bir il əvvəl 179-cu).
1 yanvar 2012-ci il üçün ölkədə 224 min 830 sahibkarlıq subyekti olub. Bunun 210 min 643-də 94 min muzdlu işçi çalışır.
Ən populyar sektor kiçik ticarətdir — 69,6%. 10,1% nəqliyyat, 3,5% mehmanxana biznesi və s. sahədə çalışır.
“Doing-Business-2014” reytinqi 10 növ əsasında hazırlanıb. Yerli kreditləşmə 3 sətir enib (ən pis göstərici (52-dən 55-ə). Elektrik enerjisinə qoşulmada 179-cu yerdən 181-ci yerə güeriləmə var. Daşınmaz əmlakın qeydiyyatında 11-ci yer 13 ilə əvəzlənib.
Postsovet məkanında ən yaxşı göstərici Gürcüstanındır (8-ci). Litva (17-ci), Estoniya (22-ci), Latviya (24-cü), Ermənistan (37-ci), Qazaxıstan (50-ci), Belarus (63-cü) və Qırğızıstan (68-ci) də Azərbaycanı qabaqlayıb.
Sahibkarlar üçün ən yaxşı ölkələr Gürcüstanla yanaşı Sinqapur, Honkonq, Yeni Zelandiya, ABŞ, Danimarka, Malayziya, Cənubi Koreya, Norveç və Böyük Britaniyadır (Turan).